







STR şirkətinin nümayəndələri “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər
Polşanın STR şirkətinin İdarə Heyətinin üzvü Kubel Bronislav, Dənizçilik departamentinin rəhbəri Marcin Mrovczinski "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.
Qonaqlara dünyanın ilk tanker muzeyi haqqında ətraflı məlumat verilib. Onlar bələdçilərin müşaiyəti ilə ekspozisiya zalları ilə yaxından tanış olub, Azərbaycan və dünya gəmiçilik tarixinə aid eksponatları izləyiblər.
Muzeylə tanışlıqdan sonra ziyarətçilər “Fəxri Qonaqlar” kitabına təəssürat və fikirlərini yazıblar. Qonaqlar burada tətbiq olunan innovativ yeniliklərin, nadir gəmiçilik eksponatlarının onların diqqətini çəkdiyini qeyd ediblər.Həmçinin, "Suraxanı" gəmi-muzeyini ziyarətdən məmnunluq duyduqlarını vurğulayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır