Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Temza çayı tullantılardan yaranan adaya görə istiqamətini dəyişib

Londonun qərbindəki Hammersmit körpüsündə iki tennis kortu boyda tullantı yığını əmələ gəlib.

Bu barədə “Report” “The Times” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, tullantılar əsasən istifadə edilmiş yaş salfetlərdən ibarətdir və bəzi yerlərdə qalınlığı bir metrə çatır. Zibil “adası” artıq Temza çayının məcrasının dəyişməsinə səbəb olub.

Səlahiyyətlilər əvvəllər vətəndaşları nəm salfetlərdən istifadə etməkdən çəkinməyə çağırmışdılar. Salfetlər çirkli sular vasitəsilə Temza çayına tökülür və ekosistemi zibilləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır