Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Serbiyalı dizaynerlər üzən mini otelin layihəsini hazırlayıblar

Serbiyalı dizaynerlər qonaqları tez bir zamanda mənzilə çatdıran üzən mini otelin layihəsini hazırlayıblar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, suda üzən otel kiçik vestibülü olan ponton üzərində yerləşən iki mərtəbəli mərkəzi binadan, tədbirlər salonundan, işçi otaqlarından, restorandan, kafedən və iki estakadadan ibarətdir.

Burada dincəlmək və səyahət etmək üçün hər cür şərait yaradılıb. Belə ki, kiçik mətbəxi olan qonaq otağı, vanna və yataq otağı, çimərlik göyərtəsi, açıq terras və "kapitan körpüsü" qonaqların ixtiyarındadır. Qonaq otağındakı divan iki nəfərlik çarpayıya çevrilir, beləliklə qonaqlar rahat şəraitdə oteldə dincələ bilər.

Layihə uğurlu olmaqla beynəlxalq mükafata layiq görülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır