Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-28,
Seanews
Heyder Eliyev

“Karyera planlaması və inkişafı” üzrə seminar keçirilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində “Karyera planlaması və inkişafı” üzrə seminar keçirilib.

Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera planlaması və inkişafı kafedrasının müdiri Rəşad Məhərrəmov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İnsan resurslarının idarə edilməsi deportamentinin rəisi Sevda Məmmədova və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera planlaması və inkişafı kafedrasının müəllimi Tural Dadaşov iştirak ediblər.

Seminarda karyera planlaması, bir insanın karyera mәqsәdlәrinә, istәklәrinә vә bacarıqlarına uyğun inamlı karyera yoluna sahib olması üçün hәyata keçirdiyi davamlı planlama prosesi və yumşaq bacarıqların peşəkar karyerada rolu haqqında tələbələrə ətraflı məlumat verilib. Tələbələrin bacarıq və öyrənmə çevikliyinin yoxlanılması məqsədi ilə müxtəlif intellektual yarış və zehin testləri edilib.

Seminar iştirakçılarının sualları təlimçilər tərəfindən cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır