Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ADDA-nın elmi jurnalının cari il üçün ilk nömrəsi işıq üzü görüb

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq elmi-texniki konfransın ən yaxşı elmi məqalələri “ADDA-nın elmi əsərləri” məcmuəsində dərc edilir. Bu günlərdə elmi jurnalın 2024-cü ildə ilk nömrəsi işıq üzü görüb.

Jurnala 30 məqalə daxil olub. Onların sırasında Rusiya, Almaniya və Qazaxıstan alimlərinin məqalələri də yer alıb. Bu elmi məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə oluna bilər.

Qeyd edək ki, jurnal dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.

Redaksiya heyətinin 5 üzvü xarici ölkə alimidir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru  ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.

Jurnalın yeni nömrəsi ilə linkdən tanış ola bilərsiniz: Elmi əsərlər № 1 (2024)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır