ADDA-da iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində növbəti dəyirmi masa keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasında iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində növbəti dəyirmi təşkil olunub.
Tədbirdə “Gəmi energetik qurğuları” kafedrası və “Gəmiqayırma və gəmi təmiri” kafedralarının professor-müəllim və tələbə heyəti iştirak edib.
“Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı, dos. Rafiq Əsgərov bu tədbirin mahiyyəti haqqında qısa məlumat verib, COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“Gəmi energetik qurğuları” kafedrasının dosenti M.Rzayev “Gəmi dizel mühərriklərinin xaric qazlarının zəhərliliyinin azaldılması yolları” mövzusunda məruzə ilə çıxış edib. Kafedranın baş müəllimi M.Rəhmanov “Gəmi alternativ yanacaqları” mövzusunda məlumat verib.
Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb