Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ğıclar üçün açıq dənizdə praktiki təlim keçir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində “I-II iş qrupu üzrə 4-cü dərəcə dalğıc hazırlanması” (istehsalat dalğıcları) ixtisası üzrə təhsil alan gənc dalğıclar üçün şirkətin “Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə vahid qaydalar”ına uyğun olaraq “Azneft” İB-nin Dalğıc Xidmətinin sərəncamında olan və lazımi dalğıc avadanlıqları ilə təchiz olunan “Orion-4” dalğıc gəmisində praktiki təlim enmələri keçirilib. Praktiki təlim enmələrində gənc dalğıclar “Kirbi-Morqan” tənəffüs şlemindən və şlanq-kabel hava tənəffüs sistemindən istifadə ediblər. Təlim zamanı dalğıclara platformanın və gəminin sualtı hissəsinə, sualtı neft-qaz və kabel xətlərinə, gəminin kinqstonlarına, müxtəlif sissələrinə, o cümlədən gəminin sükan-pər qurğusuna baxış keçirilməsi, müayinə işlərinin aparılması və dalğıca nəticə barədə enmə rəhbərinə təfsilatı ilə məlumat verilməsi tapşırıqları qoyulub. Sonra hər bir tələbə aşkar etdiyi nöqsanlar barədə platformanın, sualtı neft-qaz və kabel xətlərinin və gəminin sualtı hissəsinin layihəsini təqdim edib. Dalğıcların bütün sualtı əməliyyatları dalğıcın video müşahidə sistemi vasitəsilə izlənilib və dalğıcların yerinə yetirdikləri işlərə nəzarət edilib. Praktiki təlim enmələri Dalğıc Xidmətinin gündəlik olaraq yerinə yetirdiyi enmələrlə eyni şəraitdə həyata keçirilib, bu da öz növbəsində dalğıclara real şəraitə uyğun praktiki bacarıq və vərdişlər əldə etmək imkanı verib. Qeyd edək ki, SOCAR-ın sifarişilə təlim mərkəzində 2011-ci ildən etibarən 46 dalğıc hazırlanaraq istehsalata təhvil verilib. Hazırda isə 10 dalğıc müvafiq ixtisas üzrə tədrisini bitirmək üzrədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır