Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

nizdə sağqalmaya və texniki təhlükəsizliyə dair praktiki təlimlər keçir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində dənizdə sağqalmaya və texniki təhlükəsizliyə dair praktiki təlimlər keçirilir. Təlim müddətində dinləyicilərə fərdi və kollektiv xilasetmə vasitələrinin (xilasedici jilet, dairə, sal və hidrotermokostyum) yeri, növləri, yoxlanılması, geyinilməsi və istifadəsinə dair praktiki dərslər keçirilir. Dinləyicilər, həmçinin helikopter bucurğadından istifadə, hündürlükdən suya tullanma, çevrilmiş salın ilkin vəziyyətə gətirilməsi, sudan xilasedici sala minmə, suda və salda olarkən yerinə yetirilməli olan tədbirlər və digər təxliyə üsullarına dair bilik, bacarıq və səriştələrini praktiki surətdə nümayiş etdirirlər. Dinləyicilər bu təlimlərdə iştirak etməklə Beynəlxalq Dəniz Təşkilatının (IMO) müvafiq Konvensiyalarının (SOLAS-74, STCW-78) və Qətnaməsinin (Qətnamə A.1079 (28) tələblərini dərindən mənimsəyir, öz biliklərini təkmilləşdirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır