Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

ADDA-nın “Elmi əsərlər” məcmuəsinin 2019-cu ildə ilk nömrəsi işıq üzü görüb

Tariximizin şanlı səhifələrindən olan Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2019-cu ildə ilk nömrəsi işıq üzü görüb.

Jurnal dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərə həsr olunub.  

OXU: “Elmi əsərlər” məcmuəsi

Qeyd edək ki, “Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi əsərləri” məcmuəsində yerli və xarici ölkə alimlərinin elmi məqalələri 3 dildə - Azərbaycan, rus və ingilis dillərində dərc olunur. Jurnal  İSSN 2220-1025 indeksi altında təsdiqlənib, Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir. Dörd bölmənin – Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri bölmələrinin yer aldığı məcmuənin il ərzində iki nömrəsi çapa buraxılır.

Jurnalın redaksiya heyətinin 6 üzvü xarici ölkə alimləridir. Baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru  ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır