Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

ADDA tələbələri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda istehsalat təcrübəsindədirlər

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi energetik qurğularının istismarı və onların mühəndisliyi” ixtisasının birinci kurs tələbələri ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda istehsalat təcrübəsindədirlər.

Təcrübə müddətində tələbələr zavodun strukturu və fəaliyyəti barədə məlumatlandırılacaqlar. Burada təcrübəçilər əsas və köməkçi sexlərlə yaxından tanış olacaqlar. Həmçinin, peşəkar təmirçilər onlara gəmi dizel mühərriklərinin təmir texnologiyasının sirlərini öyrədəcəlkər. Bununla belə, tələbələr təmir edilən mühərriklərin sınağını da nəzərdən keçirmək imkanı qazanacaqlar.

Zavoddakı təcrübə müddəti başa çatdıqdan sonra tələbələr bir aylıq fasilə edərək təcrübənin ikinci hissəsinə başlayacaqlar. Bu mərhələ gəmidə davam edəcək.  Burada tələbələr gəmidəki qurğu və mexanizmlərlə yaxından tanış ola biləcəklər. Gənc dənizçilər hər bir gəminin aparıcı hissəsi sayılan maşın şöbəsindəki baş və köməkçi mühərriklərin istismarı, onlara göstərilən texniki xidmət prosesini izləyəcəklər. Təhlükəsizlik texnikası tədbirləri və növbə mexanikinin gördüyü işlərlə tanışlıq təcrübəçi tələbələr üçün mühazirə və məşğələlər zamanı aldıqları nəzəri biliklərinin tamamlanmasına geniş imkan yaradacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır