ADDA məzunu : ” Fəxr edirəm ki, ASCO ailəsinin bir üzvü kimi mən də ölkəmizin iqtisadi inkişafına zərrə qədər olsa da öz töhfəmi verirəm”.
www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə layihəsi olan “ADDA məzunu” rubrikasında bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) istismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanovla sizi yaxından tanış edirik.
2006-ci ildə ADDA-nın “Gəmi sürücülüyü” ixtisasını bitirib.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq Biznes” ixtisasında təhsil alaraq oranın məzunu (maqistr) olub.
Böyük Britaniyanın “Liverpool University”də “Dəniz Əməliyyatları” (Marine Operations) fakültəsində magistr elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 2008-ci ildən Azərbaycan Dövlət Neft Şirkətində başlayıb.
2013-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” fəaliyyətini davam etdirib.
Hazırda ASCO-nun istismar-kommersiya departamentinin rəisidir.
Ruslan Qurbanov:“Dənizçi olmaq qürurvericidir. Şərəfli olduğu qədər də məsuliyyətli bir peşədir. Fəxr edirəm ki, ASCO ailəsinin bir üzvü kimi mən də ölkəmizin iqtisadi inkişafına zərrə qədər olsa da öz töhfəmi verirəm”.