Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

"Titanik" qəzasından 111 il ötür

"Titanik" gəmisinin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri hesab edilir.

"Titanik" gəmisi Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olmuşdu.

"Titanik" Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılırdı.

66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-cii l mayın 31-də isə gəmi istismara verilmişdi.

"Titanik" 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşdü.

İngiltərənin Sauthempton limanından Nyu Yorka yola düşən «Titanik» yolda iki dəfə dayanmışdı - Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında.

Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi.

Aprelin 14-dü saat 23:40-da «Titanik» aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır