Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ı Gəmiqayırma Zavodunun fəaliyyətə başlamasından 5 il ötür – V

Bu gün Qaradağ rayonunda müasir standartlara cavab verən Bakı Gəmiqayırma Zavodunun (BGZ) fəaliyyətə başlamasından 5 il ötür. Zavodun açılış mərasimi 20 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan BGZ- nin tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, zavod ixrac potensialının gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. BGZ fəaliyyət göstərdiyi 5 il ərzində Xəzər hövzəsinin ən müasir tərsanəsi və gəmi təmiri mərkəzi olaraq bir sıra uğurlu layihələrə imza atıb. Zavodun ilk sifarişi SOCAR tərəfindən verilən bir ədəd 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisinin tikintisi olub. Həmin sifariş 2013-cü ilin dekabrında razılaşdırılmış vaxtda yerinə yetirələrək təhvil verilib. SOCAR-ın müştərək müəssisəsi olan “Caspian Drillinq Company” Ltd şirkətinin sifarişi ilə inşa edilən 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonları və üst göyərtələrinin tikintisi də Bakı Gəmiqayırma Zavodunda həyata keçirilib. Bundan əlavə,  ötən dövrdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 3 ədəd sərnişin gəmisi də tikilərək istismara verilib. Hazırda AXDG üçün daha dörd gəminin  – iki ədəd unikal “RO-Pax” gəmi bərəsinin və iki ədəd tankerin inşası aparılır. Zavodun ən böyük sifarişi isə “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisi olub. Gəminin inşası 2017-ci ilin sentyabrında tamamlanıb və təhvil verilib. “Xankəndi” hazırda sahildən təxminən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının Xəzər dənizinin Azərbaycan sektorunda ikinci inkişaf mərhələsi üçün səfərbər olunub. Eyni zamanda bu günə qədər Zavodda 120-ə yaxın suüstü təmir və tərsanə təmir işləri həyata keçirilib. Bu müddətdə zavod Təhlükəsizlik və Keyfiyyətə nəzarət standartlarına dair beynəlxalq sertifikarlara layiq görülüb. Onu da qeyd edək  ki, BGZ Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilib. İstehsal prosesində metal kəsmə, profil əymə, lövhə əymə, 3D boru kəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır