Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Veteran dənizçilərlə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında veteran əməkdaşlarla görüş keçirilib.

Görüşdə iştirak edən XDND-nin rəisi Taqət Qurbanov bildirib ki,  dənizçi veteranların təcrübəsinə, bilik və bacarıqlarına hər zaman ehtiyac var. Gənc nəslin peşəkarlıqlarının artırılmasında onların rolu əvəzedilməzdir.

Taqət Qurbanov qeyd edib ki, veteran dənizçilər bilməlidir ki, onların əməyi və özləri heç vaxt unudulmur, daim qəlbimizdədirlər,  təcrübələri və bilikləri ilə Azərbaycan dənizçiliyinin fəxridirlər. 

Hazırda ölkəmizdə müasir tələblərə uyğun gəmiçilik sisteminin mövcud olduğunu deyən veteran dənizçilər bundan qürur duyduqlarını dilə gətiriblər. Onlar  tədbirin təşəbbüskarları və təşkilatçılarına minnətdarlığını bildirib, gələcəkdə də belə görüşlərin mütəmadi keçirilməsini arzulayıblar.

Tədbirin sonunda veteran dənizçilərə hədiyyələr təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır