Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Xəzər İqtisadi Forumu region ölkələrinin əməkdaşlığına təkan verəcək

"Rusiyanın böyük əhəmiyyət verdiyi birinci Xəzər İqtisadi Forumu region ölkələri arasında bir çox sahələrdə əməkdaşlığa təkan verəcək".“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalına müsahibəsində bildirib.

“Hökumətlər, aidiyyatı iqtisadi qurumlar, Xəzər regionunda çalışmaqda maraqlı olan işgüzar dairələr arasında birbaşa təmaslar üçün ixtisaslı meydanın qurulması çoxdandır yetişib. Bu mənada mütəmadi keçiriləcək Xəzər İqtisadi Forumuna dair Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü vaxtında irəli sürülüb”, –  XİN başçısı deyib.

O, həmin forumun ticarət, sərmayə, turizm kimi sahələrdə əməkdaşlığa əlavə təkan verəcəyini, nəticədə Xəzərin dünyanın ən iri nəqliyyat və rabitə qovşaqlarından birinə çevriləcəyini söyləyib.Xatırladaq ki, birinci Xəzər İqtisadi Forumu avqustun 11-12-də Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında keçiriləcək.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır