Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Xəzər Dəniz Gəmiçiliyinin sələfi “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılmasından 162 il keçir

Xəzər Dəniz Gəmiçiliyinin sələfi olan “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılmasından 162 il keçir. 

Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. 1846-cı ilin yanvarında Bibiheybət yatağında qazılan iki quyudan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsi, emal sənayesinin yaranması ilə yanaşı,  Xəzərdə gəmiçiliyin inkişafına da təkan verib.  Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Elə dünyada ilk tanker – “Zərdüşt” də 1878-ci ildə inşa edilərək  Xəzərdə səfərlər edib. 1903-cü ildə istifadəyə verilən  ilk daxiliyanma mühərrikli “Vandal”, ilk reversivli iki mühərriklə çalışan “Delo” gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb. Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur…

Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir. Bununla da ölkəmizdə güclü dənizçilik ənənəsinin bünövrəsi qoyulur.

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır