Şəhid dənizçi Ehtiram Heybət oğlu Abbasov
Ehtiram Heybət oğlu Abbasov 18 avqust 1969-cu ildə Masallı rayonu Mahmudavar kəndində anadan olub.
1976-1984 cü illərdə Mahmudavar kənd məktəbində oxuyub. 1984-1987-ci illərdə Masallı rayon Bədəlan peşə məktəbində təhsil alıb. 1987-1989-cu illərdə keçmiş sovet ordusunun daxili qoşunlarında Penza vilayətində hərbi xidmətdə olub..
O, 1990-cı ilin yanvar ayında Xəzər Dəniz Neft Donanmasının “Tofiq İsmayılov” gəmisində elektrik kimi işə düzəlib.
1993-cü ilin yanvarında Milli Ordu sıralarına qoşulub. Əvvəlcə Ağstafa, sonra Ağdərə istiqamətində döyüşüb.
1994-cü ildə Füzuli rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. 1994-cü il fevralın 16 da Şəhidlik zirvəsinə ucalıb. Fevralın 18-də doğulduğu Mahmudavar kəndindəki qəbiristanlıqda dəfn olunub. Şəhidlik zirvəsinə ucalan Ehtiram Abbasov bu gün kəndin gənclərinə nümunə göstərilir: igidlik, qəhrəmanlıq, şücaət, hünər nümunəsi olan Ehtiram Abbasovun məzarı həmişə dostlarının, yaxınlarının ziyarət yeridir.
Biz də dənizçilər olaraq həmkarımızı böyük ehtiramla xatırlayır, Allahdan rəhmət diləyirik.