Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Dizel mühərriki ilə işləyən tanker - "Sarmat" 

XIX əsrin son illərində meydana gələn növbəti texniki kəşf gəmiçilik sənayesinin inkişafına da öz töhfəsini verdi. Söhbət 1897-ci ildə alman mühəndisi və ixtiraçısı Rudolf Dizelin özünün “yeni səmərəli istilik mühərriki” adlandırdığı mühərrikin yaradılmasından gedir.

Dizelin daxiliyanma mühərrikinə dünyanın hər yerində maraq göstərilsə də, Almaniyanın özündə bu ixtira yetərincə qiymətləndirilmirdi. Belə bir vaxtda, 1898-ci ildə Emanuel Nobel həmin mühərrikə lisenziya əldə edir və onu kerosinlə deyil, neftlə işləməyə uyğunlaşdırmaqla Peterburqdakı “Lüdviq Nobel” zavodunda kütləvi istehsalına nail olur. Zavodun mühəndisləri gəmilər üçün xam neftlə və mazutla işləyən 20 at gücündə mühərrik hazırlayırlar. Bu mühərriklər yanacağa qənaət etməyə imkan verdiyindən Rusiyada dizel mühərriklərinin geniş tətbiqinə başlanılır. Qısa vaxtda dizel mühərrikləri buxar maşınları ilə müqayisədə öz üstünlüyünü təsdiq edir. Çünki bu mühərriklər buxar maşınlarından 5-6 dəfə az yanacaq sərf edir, bu mühərriklərə qulluq daha asan başa gəlirdi.

1903-cü ildə “Nobel qardaşları” şirkəti Sormovo zavoduna dünyada ilk teploxod hesab edilən və hər biri 120 at gücündə olan üç dizel mühərrikli “Vandal” adlı gəmi-barjın, 1904-cü ildə isə hər biri 180 at gücündə iki  dizel mühərriki ilə işləyən, 750 ton yükgötürmə qabiliyyəti olan “Sarmat” tankerini sifariş verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır