Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 163 il ötür

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 163 il ötür.

Gəmiçilik uzun illər əvvəl yaradılmış və böyük sınaqlardan keçərək fəaliyyət göstərən dünyanın ən qədim şirkətlərindən biridir. Bu, “businessfinancing.co.uk” saytında yer alan xəritədə də əksini tapıb.  

Xəritəyə əsasən, üç əsrə şahidlik edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi öz tarixinə görə Cənubi Qafqazın ən qədim şirkətidir.

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə isə Azərbaycanda mövcud olan iki böyük donanmanın — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır