Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Gəmiçilik tariximizin hər bir arxiv materialı dəyərlidir - FOTO

Xəbər verildiyi kimi, 23 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanış olublar.

Bu sərgidə nümayiş olunan eksponatlar arasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikilmiş “Prezident Heydər Əliyev” tankerinin “Krasnoye Sormovo” zavodunun stapellərindən suya buraxılması mərasimindən çəkilmiş fotoşəkil də yer alıb.

ASCO gəmiçilik tariximizin araşdırılmasına, öyrənilməsinə, qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xüsusi önəm verir. Bu istiqamətdə hər bir arxiv sənəd, foto, video material şirkət üçün olduqca qiymətlidir. Məhz, bu səbəbdən həmin sərgidə nümayiş olunan sözügedən fotoşəkilin original versiyası TASS agentliyindən əldə olunub.

2004-cü ildə çəkilmiş fotonun müəllifi Nikolay Moşkovdur.

Qeyd edək ki, “Prezident Heydər Əliyev” gəmisi ASCO-nun Nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır