Klaypeda dəniz limanında müharibə illərinə aid sursat tapılıb
Litvanın Klaypeda dövlət dəniz limanında bir İkinci Dünya müharibəsindən qalan döyüş sursatı aşkar edilib. Klaypeda təyinatlı “Naras” gəmisinin heyəti bərə keçidi ərazisində iş görərkən döyüş sursatı ilə qarşılaşıb.
“Seanews.az” xəbər verir ki, bu barədə cümə axşamı Litva ordusunun komandanlığı məlumat yayıb.
Aprelin 19-dan Litva Hərbi Dəniz Qüvvələrinin sualtı əməliyyat qrupu liman akvatoriyasının dibindən 28 döyüş sursatı - Almaniya istehsalı olan 150 mm və 105 mm kalibrli artilleriya mərmiləri qaldırıb.
Aşkar edilmiş döyüş sursatları lazımi təhlükəsizlik tədbirlərinə riayət olunmaqla məhv edilmək üçün poliqona daşınıb.
Klaypeda Litvada sovet qoşunları tərəfindən azad edilən sonuncu ərazilərdən biri olub. Bu, 1945-ci il yanvarın 28-də baş verib.