Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

İsveçli tədqiqatçılar batmış "Estoniya" bərəsinin qalıqlarını yenidən tədqiq edəcəklər

Mayın sonunda Estoniya Qəzaların Araşdırılması Komitəsi batmış "Estoniya" bərəsinin lazerlə skanını həyata keçirib.

“Seanews.az” xəbər verir ki, qəzaya uğrayan sərnişin bərəsi yaxın günlərdə yenidən yoxlanılacaq. İsveç olan tədqiqatçılar qrupu fotoqrammetriyadan istifadə edərək qalıqları tədqiq edəcək.

Fotoqrammetrik tədqiqat qəza yerində hava şəraitindən asılı olaraq 12-16 gün çəkəcək.

Keçən yayda araşdırmalar gəminin gövdəsində 1994-cü ildə ilk qəza təhqiqatı zamanı aşkar olunmayan deşiklər və digər zədələr üzə çıxartmışdı.

Qəzanın baş verdiyi yerin yay çəkilişləri başa çatdıqdan sonra, materiallar dərindən təhlil ediləcək və yekun nəticə təqdim olunacaq. Buna isə azı bir neçə ay vaxt lazım gələcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır