Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-04,
Seanews
Heyder Eliyev

Dünyanın ilk sərt teleskopik yelkənli balkeri limana daxil olub

Dünyanın ilk “Wind Challenger” sərt teleskopik yelkənlərlə təchiz edilmiş «Shofu Maru» balkeri Avrtraliyanın Nyukasl limanına daxil olub.

“Seanews.az” xəbər verir ki, gəminin limana birinci dəfə gəlişi münasibətilə xüsusi mərasim təşkil edilib.

Avstraliya höküməti 2050-ci ilə qədər zərərli tullantıları “sıfır” səviyyəsinə endirmək üçün “karbonsuzlaşdırma siyasəti”ni tətbiq edib. Bu səbəbdən Nyukasl liman sahibləri «Shofu Maru» tipli gəmilərə böyük ümid bəsləyirlər.

Külək enerjisini hərəkətverici qüvvəyə çevirən “Wind Challenger” texnologiyasından istifadə hərəkət zamanı zərərli qaz tullantılarının Yaponiya-Avstraliya istiqamətində digər gəmilərə nisbətən 5, Yaponiya-Şimali Amerikanın qərb sahilləri istiqamətində 8 faiz azalmasına gətirib çıxaracaq.

Xatırladaq ki, gəminin adqoyma və sifarişçiyə təhvil verilməsi mərasimi bu il oktyabrın 7-də baş tutub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır