Doğum gününü qeyd edən veteran dənizçi evində ziyarət olunub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının veteran əməkdaşı, kapitan Şəfi Orqaliyev 83 yaşını qeyd edir.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları kapitana evində baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.
Görüşdə veteran dənizçinin gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb.
O, diqqət və qayğıya görə dənizçilər ailəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Şəfi Orqaliyev 1939-cu il oktyabrın 28-də anadan olub.
Əmək fəaliyyətinə 1956-cı ildə başlayan kapitan ümumiilikdə 57 il fasiləsiz olaraq gəmiçilik sahəsində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


