Rusiya taxıl müqaviləsindən çıxır
Rusiya taxıl müqaviləsində iştirakını dayandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirlikdən bildiriblər ki, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Rusiya taxıl müqaviləsində iştirakını dayandırır.
Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


