Rusiya və Azərbaycan gəmiqayırma sahəsində əməkdaşlığı müzakirə edir
Bu barədə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev XV Verona Avrasiya iqtisadi forumunda deyib.
“Seanews.az” bu bardə TASS informasiya agentliyinə istinadən xəbər verir.
“Bakıda iri gəmiqayırma zavodu mövcuddur. Bu zavod istənilən tip gəminin tikintisini həyata keçirə bilmək imkanına malikdir. Sevindirici haldır ki, rusiyalı həmkarlarımızla gəmiqayırma sahəsində birgə layihələr barəsində məsələləri müzakirə edirik.” –deyə Şahin Mustafayev bildirib.
O, Xəzərdə ən böyük ticarət donanmasının Azərbaycana məxsus olduğunu deməklə yanaşı yükdaşımalara olan indiki tələbata görə daha çox gəmilərin tikintisinə ehtiyac olduğunu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


