Xətlərin cədvələ uyğunluq indeksi azalıb
Bu ilin sentyabr ayında xətlərin cədvələ uyğunluq indeksi əvvəlki ayla müqayisədə 0,7 faiz azalıb və 45,5% təşkil edib. Ötən ilin göstəricisi ilə müqayisədə artım 11,5 faiz olub.
“Sea-Intelligence”-ə görə, əvvəlki ayla müqayisədə orta gecikmə vaxtı 0,09 gün azalaraq 5,81 günə düşüb.
Bu ilin sentyabr ayında cədvələ uyğunluq baxımından 14 ən böyük xətdən ən etibarlısı 53,2% uyğunluq dərəcəsi ilə “Maersk” olub.
“CMA CGM” şirkətinin cədvələ uyğunluq göstəricisi 45,5% təşkil edib və ikinci yerdə qərarlaşıb. Siyahıda üçüncü yerdə 44,2% cədvələ uyğunluq indeksi ilə “MSC” şirkətidir.
Altı xəttin cədvələ uyğunluq indeksi 40% -dən yuxarı, qalan ikisində 30% ilə 40% arasında olub.
“Yang Ming” şirkəti 35,1% ilə ən aşağı uyğunluq dərəcəsinə sahibdir.
Əvvəlki ayın göstəricisi ilə müqayisədə sentyabrda 14 xəttdən 5-də, ötən ilin sentyabr ayı ilə müqayisədə isə bütün xətlər üzrə yaxşılaşma müşahidə olunub. Eyni zamanda, on xətdə ikirəqəmli yaxşılaşma, iki xətdə isə 20 faiz yaxşılaşma qeydə alınıb.
“Seanews.az»


