“Maersk” mənfəətini artırıb
“A.P. Moller-Maersk” şirkəti 2022-ci ilin üçüncü rübü üçün maliyyə nəticələrini açıqlayıb.
“Seanews.az”ın məlumatına görə, gəlir artımı üç əsas biznes bölməsində baş verib – Dəniz daşımaları, Logistika və xidmətlər və Terminallar. Ümumilikdə qrupun gəliri ötən ilin üçüncü rübü ilə müqayisədə 37%, EBITDA və əməliyyat mənfəəti isə təxminən 60% artıb. Bununla belə, cari ilin ikinci rübü ilə müqayisədə dinamikada yavaşlamadan danışmaq olar.
2022-ci ilin üçüncü rübündə qrupun gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% artaraq 22,8 milyard dollar (+61,8%) təşkil edib. Xalis gəlir 63,2% artaraq 8,9 milyard dollara çatıb.
Dəniz daşımaları seqmentində gəlir 37,6% artaraq 18 milyard dollar, Logistika və xidmətlər seqmentində gəlir 60,8% artaraq 4,2 milyard dollar təşkil edib,
Terminallar seqmentində gəlir 8,8% artaraq 1,1 milyard dollar, Yedəkləmə və Dəniz xidmətləri seqmentində gəlir 21,6% artaraq 591 milyon dollar olub.
2022-ci ilin 9 ayının nəticələrinə görə, qrupun gəliri 47,2% artaraq 633,7 milyard dollara, EBITDA 88,7% artaraq 30,3 milyard dollara, əməliyyat mənfəəti - 97,4% artaraq 25,7 milyard dollara, xalis mənfəəti - 2 dəfə artaraq 24,3 milyard dollara çatıb.


