“QatarEnergy” üçün daha beş LNG daşıyıcısı inşa ediləcək
“Kawasaki Kisen Kaisha (“K” Line) birgə müəssisələr vasitəsilə “QatarEnergy” ilə daha beş LNG daşıyıcısı üçün uzunmüddətli müqavilə imzalayıb.
“Seanews.az”-in məlumatına görə, 174 min kubmetr tutumlu gəmilər Çinin “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavodunda tikiləcək və aşağı təzyiqli qazdan istifadə edərək iki yanacaqlı” X-DF 2.1 iCER” mühərrikləri ilə təchiz ediləcək.
Uzunluğu 299 metr, eni 46,4 metr olacaq az daşıyıcılarının 2025-2026-cı illərdə istismara verilməsi planlaşdırılır.
Bu ilin avqustunda “QatarEnergy” ilə imzalanmış müqavilələri nəzərə alaraq, “K” Line ümumilikdə 12 LNG tankeri inşa edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


