Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

ASCO-da YAP-ın yaranmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin, eləcə də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Səbail rayonu “Neftçilər prospekti 2” ərazi ilk partiya təşkilatının sədri, Vətən müharibəsi iştirakçısı, ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Rəşad Hüseynov təmsil etdiyi qurumda partiya üzvlərinin iştirakı ilə görülmüş mühüm işlər, qazanılmış uğurlar haqqında məruzə ilə çıxış edib.

ASCO-nun sədri Rauf Vəliyev partiyanın yaradılmasının ildönümü münasibətilə qonaqları təbrik edib. O, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 30 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.

Vətən müharibəsində əldə olunmuş böyük Qələbədən danışan Rauf Vəliyev vurğulayıb ki, Azərbaycanın iqtisadi, siyasi, diplomatik, xarici siyasət sahəsində qazandığı uğurlar 30 illik işğala 44 gündə son qoymağa zəmin yaratdı. Bu isə dövlətimizin qüdrətini göstərməklə, həm də beynəlxalq nüfuzunu daha da artırdı.  

Şəhid Məmmədağa Səfərovun atası, ASCO-nun Donanmanın texniki istismar departamentinin rəisi Balakişi Səfərov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqımızın etimadını doğruldub və bu, Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə bir daha öz təsdiqini tapdı. Bu gün biz YAP-ın 30 illik uğurlu siyasi fəaliyyətinin qələbəsini təntənə ilə qeyd edirik.

Daha sonra tədbirdə Həcər Əkbərovanın layihə rəhbərliyi və şəhid övladlarının iştirakı ilə hazırlanan “Şəhid övladlarının zəfər sədası” adlı video-kompozisiya təqdim olunub.

YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə nitqində Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətindən, qazandığı uğurlardan bəhs edib.  O qeyd edib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını, cənab prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatına gətirdiyi fundamental dəyişikliklərdən, eyni zamanda Partiyanın keçdiyi siyasi mübarizələrlə dolu çətin və şərəfli yoldan danışıb. Bildirib ki, YAP  xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə hər zaman layiqli töhfəsini verib.

Muxtar Nağıyev “Neftçilər prospekti 2”  ilk ərazi təşkilatının fəaliyyətindən də bəhs edib və təşkilat üzvləri öz fəallığı ilə seçildiyini diqqətə çatdırıb.  

Tədbirdə partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup dənizçi Fəxri Fərmanla təltif edilib.

Sonda Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır