Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

Yeni ən böyük konteyner gəmisi ilk səfərinə çıxıb

24 min TEU tutumlu "Ever Atop" konteyner gəmisi Süveyş kanalından keçib.

“Seanews.az”-ın məlumatına görə, gəmi Şimali Avropaya ilk səfərini edir.

“Ever Atop” konteynerdaşıyanı “Evergreen” tərəfindən sifariş edilən  24 000 TEU tutumlu on gəmidən ibarət seriyanın sonuncusudur və “Ever Aria” və “Ever A lot” oxşar gəmiləri ilə indiyə qədər suya buraxılan ən böyük konteyner gəmisidir.

Əvvəllər bildirildiyi kimi, gəmilərin uzunluğu demək olar ki, 400 metr, göyərtəsinin sahəsi 24 min kvadratmetrdir.

Mərtəbələrin sayı 25-dir ki, bu da 22 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

Yeni gəmi Asiya və Şimali Avropa limanları arasında “Ocean Alliance” xidmətinə qoşulacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır