Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-22,
Seanews
Heyder Eliyev

“OOCL” gəmiçilik şirkəti iki konteyner gəmisini təhvil alıb

“OOCL” gəmiçilik şirkəti 24188 TEU tutumlu iki konteyner gəmisini təhvil alıb.

Bu barədə “SeaNews” gəmiçilik şirkətinə istinadən xəbər verir.

Yeni gəmilər “OOCL Finland” və “OOCL Sweden” adlandırılıb.

“OOCL Finland” konteynerdaşıyanı Çinin “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) zavodunda, “OOCL Sweden” konteynerdaşıyanı isə  Çinin “Nantong COSCO KHI Ship Engineering” (“NACKS”) tərsanəsində tikilib.

Bu iki yeni gəmi nəzərə alınmaqla, “OOCL”-in donanmasında  24 min tonluq seriyasından ekoloji cəhətdən təmiz gəmilərin sayı ona çatır.

"OOCL Finlandiya" və "OOCL İsveç"  konteynerdaşıyanları Asiya - Avropa ticarətində “LL1” xidmətində istismar ediləcək. Gəmilər Singdao - Ninbo - Syamen - Yantyan - Sinqapur – Xoş məram burnu - Felikstoy - Zeebryugge - Qdansk - Vilhelmshafen - Xoş məram burnu - Sinqapur - Yantyan – Sindao ardıcıllığı ilə limanlara yan alacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır