Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

2024-cü ilin 10 ayı ərzində Türkiyə ixracının əsas istiqamətləri İtaliya, Çin və ABŞ olub

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 441,9 milyon ton təşkil edib.

Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında deyilir.

Oktyabrda Türkiyə limanlarında 44,7 milyon ton yük aşırılıb. Bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,5% azdır. 2024-cü ilin oktyabr ayında ən çox yük Kocaeli (7,03 milyon ton), Əliağa (6,63 milyon ton), İskenderun (5,48 milyon ton), Ceyhan (4,1 milyon ton), Tekirdağ (3,78 milyon ton), Mersin (3,75 milyon ton) və Ambarlı (2,61 milyon ton) limanlarında aşırılıb. Türkiyənin on ən böyük limanı 36,6 milyon ton yük aşırıb ki, bu da ölkə üzrə aşırılan ümumi yükün 83,1%-ni təşkil edir.

Türkiyə limanlarından ən çox ixrac edilən mallar sement (625,3 min ton), klinker (619,4 min ton), alüminium filizi və konsentratı (590,3 min ton), mazut (557,4 min ton), dəmir filizi və konsentratı (476,4 min ton) təşkil edib. Türkiyə ixracının əsas istiqamətləri: İtaliya (1,33 milyon ton), Çin (1,06 milyon ton) və ABŞ (910,4 min ton) olub.

İdxalda antrasit (2,5 milyon ton), neft (1,9 milyon ton), metal qırıntıları (1,37 milyon ton), dizel yanacağı (1,34 milyon ton), koks (964 min ton) üstünlük təşkil edib. Neft, antrasit, dizel və koks kimi yük növləri üzrə Rusiya əsas tədarükçü olaraq qalır və oktyabrda Türkiyəyə 7,2 milyon ton yük ixrac edib. Sonrakı yerlərdə ABŞ (1,3 milyon ton), Çin (1,1 milyon ton), Misir (908 min ton) və İtaliya (707 min ton) gəlir.

2024-cü ilin oktyabr ayında Türkiyə limanlarında aşırılan konteynerlərin sayı 3,3% artaraq 1,15 milyon TEU-ya çatıb. Bu ilin 10 ayı ərzində 11,2 milyon TEU aşırılıb ki, bu da 7,7% çox deməkdir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır