Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Hyuston limanının Bayport konteyner terminalında 2026-cı ildə tamamlanması nəzərdə tutulan əlavə yanalma körpüsü tikilir

2024-cü ilin yanvar-oktyabr aylarında ABŞ-ın Hyuston limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 3,43 milyon TEU-ya çatıb. Eyni zamanda, oktyabrda limanda konteyner dövriyyəsi 15% azalaraq 309,6 min TEU təşkil edib.

Oktyabrda yüklənmiş idxal konteynerlərinin sayı 13%, ixrac konteynerlərinin sayı 21% azalıb. Liman rəhbərliyinin hesabatında qeyd olunur ki, oktyabr ayında bu azalmaya baxmayaraq, yüklərin həcmi ilin sonuna qədər sabit qalacaq.

2024-cü ilin oktyabr ayında Hyuston limanında dövlət terminalları vasitəsilə ümumi yüklərin aşırılması 5%, idxal olunan poladın aşırılması isə 25% azalıb, bu da Texasda quruda və dənizdə qazma fəaliyyətinin yeddi faiz azalmasını əks etdirir. Eyni zamanda, ilin əvvəlindən külək enerjisi avadanlığı, faner və lifli lövhələrin tədarükündə nəzərəçarpacaq artım müşahidə olunub. 2024-cü ilin yanvar-oktyabr aylarında Hyuston limanının bütün terminallarında ümumi yük dövriyyəsi 3% artaraq 43,6 milyon ton təşkil edib.

Hyuston liman idarəsinin baş direktoru Çarli Cenkinsin sözlərinə görə, limanın yükaşırma qabiliyyətinin artırılması üzrə investisiya proqramı çərçivəsində hesabat dövründə “Barbours Cut” konteyner terminalına beş yeni (RTG) konteyner kranı gətirilib və Bayportda konteyner terminalında 2026-cı ildə tamamlanması nəzərdə tutulan əlavə yanalma körpüsü tikilir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır