Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Daşıyıcılar 14-16 min TEU tutumlu gəmilərə üstünlük verirlər

“Böyüyü daha yaxşıdır” düşüncəsi ilə konteyner gəmilərinin sifariş edilməsi dövrü bitdi. İndi daşıyıcılar 14-16 min TEU tutumlu “Neo-Panamax” ölçülü gəmilər inşa etməyə üstünlük verirlər.

Bu barədə “The Loadstar” Alphaliner-in son araşdırmasına istinadən xəbər verir.

“Neo-Panamax” konteyner gəmilərinin uzunluğu 335 metr, eni 51 metr, 8 min TEU tutumlu gəmilərin isə uzunluğu və eni müvafiq olaraq 335 metr və 45 metrdir. "8 min TEU tutumlu konteyner gəmilərini qəbul etmək üçün nəzərdə tutulmuş limanlar, ümumilikdə, 14 min TEU tutumlu yeni nəsil yığcam “Neo-Panamax”-ları qəbul edə bilər", - “Alphaliner” qeyd edir.

Bu il bu ölçüdə yeni konteyner gəmilərinin təxminən 21%-i ənənəvi olaraq limanlara daha az investisiya qoyulan Asiyadan Latın Amerikasına gedən marşrutlarda yerləşdiriləcək.

Daşıyıcılar bir çox marşrutlarda istifadə edilə bilən gəmilər sifariş verirlər. Artıq üç yeni “Neo-Panamax” konteyner gəmisi Asiya - Qərbi Afrika ticarətində, daha üçü Uzaq Şərq - Yaxın Şərq marşrutunda istifadə olunur.

"Bu ölçünün əsas üstünlüklərindən biri gəminin demək olar ki, hər yerdə, o cümlədən Panama kanalından keçən marşrutlarda yerləşdirilə bilməsidir", - deyə “Alphaliner” yekunlaşdırır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır