Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

“Lənkəran” gəmisi Xəzərin ekoloji şəraitinin qiymətləndirilməsi layihəsində iştirak edib

ASCO-nun “Lənkəran” yedək-təchizat gəmisi Xəzər dənizində "Abşeron" qaz-kondensat yatağının ətrafında dəniz dibinin ekoloji şəraitinin qiymətləndirilməsi layihəsində iştirak edib.

Cari ilin 23 noyabr - 22 dekabr tarixləri arasında mütəmadi olaraq DP rejimində fəaliyyət göstərən gəmi əvvəlcədən müəyyən edilmiş 85 koordinatda 20-60 metr dərinlikdən dəniz dibinin çökmə süxurları və su nümunələrini toplayıb.

Gəminin göyərtəsində quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə əldə edilən nümunələr tədqiq olunması üçün müvafiq laboratoriyalara göndərilib.

“Greenwich Consulting Azerbaijan”nın sifarişi ilə aparılan tədqiqatların nəticələri gələcəkdə Xəzər dənizində sualtı neft-qaz infrastrukturunun inşasından əvvəl ekoloji şəraitin qiymətləndirilməsinə imkan yaradacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır