Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
Seanews
Heyder Eliyev

ASCO nümayəndə heyəti “Aframax” tipli “Xankəndi” tankerində olub

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev, eləcə də digər ASCO əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyənin Səfinə tərsanəsində əsaslı təmir edilən “Aframax” tipli “Xankəndi” tankerinə baş çəkib.

Səfərin əsas məqsədi gəminin cari istismar vəziyyətini, ona göstərilən texniki qulluğun təşkilini, təmir işinin gedişatını yerində izləmək, eyni zamanda bu tip nəhəng gəmidə çalışmağa başlayan, eləcə də təcrübə keçən azərbaycanlı dənizçilərin iş şəraiti ilə tanışlıqdan ibarət olub.

Səfər çərçivəsində ASCO sədri Rauf Vəliyev gəminin heyət üzvləri ilə görüşərək, onların sırasında olan müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Sədr “Xankəndi” gəmisinin azərbaycanlı heyət üzvləri – əvvəllər bu tip gəmidə təcrübə keçdikdən sonra işə qəbul edilən kapitanın ikinci köməkçisi Cahangir Yaqubov və üçüncü mexanik Heydər Hacıyevlə, aşpaz Ramil Mingaliyevlə, həmçinin gəminin təcrübəçiləri Nəriman Abdurəhmanov və Fatimə Abbasova ilə söhbətində onların iş və yaşayış şəraiti ilə maraqlanıb, problem və çətinliklərini öyrənib.

Rauf Vəliyev gəminin kapitanı və baş mexanikinə burada təcrübədə olan, eləcə də təcrübə keçdikdən sonra əsas heyətə təyinat alan azərbaycanlı dənizçilərin "Aframax" tipli böyük tankerlərdə işləmələri üçün yetişmələrinə davamlı dəstək göstərdiklərinə görə təşəkkürünü bildirib.

Sədr dənizçilərlə əməliyyatların və davamlı təhlükəsizliyin effektivliyinin artırılması ilə bağlı müzakirələr apararaq, onlara fəaliyyətlərində uğurlar arzulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır