Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-26,
Seanews
Heyder Eliyev

Yunanıstan Yəmən sahillərinə xilasedici yedək gəmisi göndərir 

Yunanıstan hakimiyyəti Qırmızı dənizin cənubunda – Yəmən sahillərində artan Husi hücumları fonunda – “Giant” adlı xilasedici yedək gəmisini bölgəyə göndərmək qərarına gəlib. Bir ay ərzində iki yunan gəmisinin hücuma məruz qalması bu addımı zəruri edib.

Gəmiçilik naziri Vassilis Kikilias bildirib ki, “Giant” Yunan bayraqlı gəmilərə və dənizçilərə yardım məqsədilə göndərilir. Hazırda ərazidə yerli xilasedici imkanlar mövcud deyil və yardımlar uzaqdan göndərilən yedəklər və ya təsadüfi gəmilər tərəfindən təmin olunur.

“Giant” 16.000 at gücünə, 180 ton dartma gücünə malik okean tipli yedək gəmisidir. Gəmi yanğınsöndürmə sistemləri, çirklənməyə qarşı avadanlıq və xilasetmə üçün bütün texniki vasitələrlə təchiz olunub.

Nazir həmçinin Yunanıstan Sahil Mühafizəsinin gücləndirilməsi üçün 450 milyon avroluq sərmayə proqramını açıqlayıb. Bu çərçivədə yeni patrul və sürətli təqib gəmiləri, pilotsuz uçuş aparatları və əməliyyat mərkəzləri alınacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır