Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

Hörmüz boğazı yaxınlığında LPG tankerinə dronla zərbə endirilib

Liberiya bayrağı altında üzən “M.T. Al Maryah” LPG tankerinə sentyabrın 20-də Hörmüz boğazından kənarda, şərq istiqamətində hərəkət edərkən dronla zərbə endirilib.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, hadisə nəticəsində gəmidə ciddi zərər qeydə alınmayıb, enerji təchizatı və baş mühərrik işlək vəziyyətdə qalıb. Göyərtədəki 19 ekipaj üzvünün, o cümlədən 9 Hindistan vətəndaşının hamısının vəziyyətinin yaxşı olduğu bildirilib. Tanker hazırda Xor Fəkkanda təhlükəsiz şəkildə lövbər salıb.

Hindistanın Dəniz Administrasiyasının açıqlamasına əsasən, hazırda regionda Hindistanla əlaqəli 13 gəmidə ümumilikdə 145 hindistanlı dənizçi var. Onlardan 9 gəmi mümkün təxliyə üçün müəyyən edilib. Bu gəmilərin 7-si gübrə, 2-si isə digər yükləri daşıyır.

Bildirilir ki, indiyədək Hindistan bayraqlı gəmilərlə bağlı 4, göyərtəsində hindistanlı ekipaj üzvlərinin olduğu xarici bayraqlı gəmilərlə bağlı isə 58 insident qeydə alınıb. Hadisələr nəticəsində 10 nəfər həlak olub, 12 nəfər yaralanıb, daha bir nəfərin öldüyü ehtimal edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır