Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-24,
Seanews
Heyder Eliyev

Aİ: Qırmızı dənizdə ticarət gəmiçiliyini qorumaq üçün 10-dan çox hərbi gəmi lazımdır

Avropa İttifaqının (Aİ) Qırmızı dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün 10-dan çox hərbi gəmiyə ehtiyacı var. Bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Seanews.az” xəbər verir ki, hazırda Aİ-nin “Aspides” əməliyyatı çərçivəsində regionda 6 hərbi gəmi fəaliyyət göstərir.

Kallas sentyabrın 19-da Aİ-nin 27 üzv ölkəsinə müraciət edərək onların əməliyyata töhfələrini artırmalarını istəyib. Məsələ qarşıdakı Aİ müdafiə və xarici işlər nazirlərinin görüşlərində müzakirə olunacaq.

2024-cü ildə yaradılan “Aspides” əməliyyatının əsas məqsədi ticarət gəmilərini husilərin hücumlarından qorumaqdır. Kallas Qırmızı dəniz, Hörmüz boğazı və Bab əl-Məndəb boğazını qlobal ticarət üçün mühüm dəniz keçidləri adlandıraraq, bu marşrutlarda yaranan problemlərin daha geniş iqtisadi təsirlərə səbəb ola biləcəyini vurğulayıb.

İtaliya da öz gəmilərini qorumaq üçün regionda ayrıca dəniz missiyası hazırlayır. Ölkənin müdafiə naziri Quido Krosetto kommersiya gəmilərinin mühafizə tələblərinə cavab vermək üçün mövcud qüvvələrin kifayət etmədiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır