Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-24,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında “Cape Dao” yük gəmisinə hücum: 1 dənizçi həlak olub

Antiqua və Barbuda bayrağı altında üzən “Capesize” tipli “Cape Dao” yük gəmisi sentyabrın 23-də saat 06:30-da (UTC) Hörmüz boğazında naməlum mərmi ilə vurulub.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.  

Bildirilir ki, hücumdan sonra gəmidə yanğın baş verib və o hərəkətsiz vəziyyətdə qalıb. Dəniz təhlükəsizliyi şirkəti “Vanguard Tech”in məlumatına görə, hadisə nəticəsində bir dənizçi həlak olub, ən azı bir nəfər isə xəsarət alıb.

191 074 dedveyt ton (DWT) tutumlu “Cape Dao” BƏƏ-də fəaliyyət göstərən “Peonies Shipmanagement” tərəfindən idarə olunur. Gəminin faktiki benefisiar sahibi məlum deyil.

Bu, bu həftə Hörmüz boğazında qeydə alınan üçüncü hücumdur. Sentyabrın 21-də “LR Stephanie” tankeri, sentyabrın 20-də isə “ADNOC L&S” şirkətinə məxsus LPG tankeri “Al Maryah” hücuma məruz qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır