Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-29,
Seanews
Heyder Eliyev

Balinaya çırpılan Avstraliya qayığının 4 heyət üzvü xilas edilib

Avstraliya bayrağı altında üzən “Tai Tam” qayığının balinaya çırpılaraq zədələnməsindən sonra dənizə düşən 4 heyət üzvü konteyner gəmisi tərəfindən xilas edilib. Hadisə Norfolk adasından təxminən 250 dəniz mili şimalda baş verib.

“Seanews.az” xəbər verir ki, heyət qayığı tərk edərkən EPIRB qəza siqnalını aktivləşdirib. Yeni Zelandiyanın Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi siqnalı qəbul etdikdən sonra axtarış-xilasetmə əməliyyatı başladıb və əraziyə P-8A patrul təyyarəsi göndərib.

Xilasetmə çağırışına “Sofrana Surville” konteyner gəmisi cavab verərək hadisə yerinə yönəlib. Malta bayrağı altında üzən, 12 500 ton dedveyt tutumlu gəmi 4 nəfəri növbəti gün səhər saat 06:00 radələrində xilasedici saldan göyərtəsinə götürüb.

Gəminin AIS məlumatına görə, “Sofrana Surville” əvvəlcə Yeni Kaledoniyanın Numea limanına, sonra isə Avstraliyanın Brisben şəhərinə yollanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır