Baltik xidmətinə yeni liman daxil edilib
“Seanews.az”-ın məlumata görə, UECC şirkəti, Baltik xidmətinə Kukshafen limanını daxil edib. Kukshafen Almaniyanın ən böyük limanlarından biridir.
Yenilənmiş xidmət üzrə limanların ardıcıllığı belədir: Sankt-Peterburq - Hanko - Kukshaven - Sauttempton - Zebryuqqe - Bremerhafen.
Həftəlik xətdə mayeləşdirilmiş təbii qazla işləyən 2 avtomobildaşıyan – “Auto Energy” və “Auto Eco.” gəmiləri səfərlə çıxır və “PO-PO” tipli gəmilərin hər biri göyərtəsinə 4 min avtomobil götürür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır