Haiti sahillərində sərnişin qayığı qəzaya uğrayıb, ölənlər var
Haitinin cənub sahillərində sərnişin qayığının qəzaya uğraması nəticəsində azı 20 nəfər həlak olub.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, ölənlər arasında iki azyaşlı da var. Hadisənin baş verdiyi ərazinin sakinləri bir neçə nəfəri xilas ediblər. İlkin versiyaya görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


