Veteran dənizçi, kapitan, Prezident təqaüdçüsü Aslan Musayev 91 yaşında vəfat edib
ASCO ailəsinə ağır itki üz verib. Veteran dənizçi, kapitan, Prezident təqaüdçüsü Aslan Musayev 91 yaşında vəfat edib.
Mərhum sabah dəfn olunacaq.
ASCO rəhbərliyi və kollektivi adından həmkarımızın doğmalarına başsağlığı verir, Allahdan rəhmət diləyirik.
Xatırladaq ki, Aslan Musayev 1952-ci ildən 2009-cu ilədək fasiləsiz Gəmiçilikdə müxtəlif vəzifələrdə çalışıb. O, işlədiyi müddətdə hər zaman məsuliyyəti, xeyirxahlığı, nizam-intizamı ilə seçilib və humanistliyini qoruyub saxlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır




