Laynerdə 52 dənizçidə koronavirusa yoluxma halı qeydə alınıb
“Seanews.az” xəbər verir ki, “AIDACruises” kruiz şirkəti göyərtəsində “COVID-19” koronavirusuna yoluxmuş onlarla insanın aşkarlanması səbəbindən “AIDAnova” laynerinin səfərini vaxtından əvvəl dayandırıb.
Xəstəliyə yoluxma tam peyvənd olunmuş heyət arasında baş verdiyi bildirilir. 52 dənizçi ilə yanaşı, sərnişinlər arasında da yoluxma halı qeydə alınıb. İnfeksiyalara görə gəmi Lissabon limanında “ilişib”. Xəstələr təcrid olunub. Sağlam sərnişinlər isə hava yolu ilə evlərinə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


