Oxot dənizində buzların sıxdığı "Qriqori Lovtsov" gəmisi kömək istəyib
“Seanews.az” xəbər verir ki,Oxot dənizində buzların sıxdığı Rusiyanın "Qriqori Lovtsov" teploxodu üzləşdiyi təhlükə ilə əlaqədar qəza siqnalı göndərib.
Gəmi Şantar adaları bölgəsində, sahildən 20 kilometr aralıqda ilişib qalıb. Heyəti təxliyyə etmək üçün gəmidən Moskva vaxtı ilə saat 13:10-da qəza siqnalı gəlib. Yük gəmisində 8 nəfərin olduğu, xəsarət alanın olmadığı bildirilir.
“Qriqori Lovtsov” teploxodu özəl şirkətə məxsusdur. Kapitan heyətin həyatı üçün təhlükə hiss etdiyinə görə, dənizçilərin çıxarılmasını xahiş edib.
Xilasedicilərin olduğu “Mi-8” helikopteri dənizçilərə kömək üçün havaya qalxıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


