Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-31,
Seanews
Heyder Eliyev

20 Yanvar hadisələrində şəhid olan dənizçi Əliyusif Qocamanovun barelyefi bərpa olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının əməkdaşı, 20 Yanvar şəhidi Əliyusif Qocamanovun barelyefi bərpa olunub.

Açılışda iştirak edən şəhidin ailə üzvləri və ASCO-nun əməkdaşları barelyefin önünə qərənfillər düzərək şəhidlərimizə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, şəhidin vurulduğu yerdə, Ə.Ələkbərov küçəsində yerləşən baralyefin bərpası onun ailəsinin təşəbbüsünə əsasən ASCO-nun dəstəyi ilə həyata keçirilib.

Əliyusif Qocamanov 1933-cü il 1 iyunda Bakıda anadan olub. Xəzər Dəniz Neft Donanmasında matros kimi işləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır