Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“Carnival Corporation & PLC” gələn ilin sonunadək 18 yeni kruiz gəmisi alacaq

“Seanews.az” xəbər verir ki,Finlandiyanın “Meyer Turku Oy” şirkətinin gəmiqayırma zavodu mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək 185 min ton tutumlu “Carnival Celebration” kruiz gəmisini suya buraxıb.

Gəmi məşhur kruiz brendi “Carnival Cruise Lines”-in 50 illik yubileyi şərəfinə adlandırılıb. Gəminin tamamlanması və təchiz edilməsi tərsanənin yanalma körpüsündə davam etdiriləcək.

“Carnival Celebration” gəmisi “Meyer Turku” zavodunda “Carnival Cruise Lines” üçün inşa edilmiş “Excel” sinifli ikinci gəmi olacaq. Bu seriyanın aparıcı “Mardi Gras” gəmisi hazırda ABŞ-ın Florida ştatının Kanaveral limanında lövbər salıb.

Dünyanın nəhəng kruiz şirkətlərindən olan “Carnival Corporation & PLC” 103 gəmidən ibarət donanmanı idarə edir. Onun gəmiləri dünyanın 700-dən çox limanına səfər edir.

Şirkət gələn ilin sonunadək daha 18 yeni kruiz gəmisi almağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır