Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“StarOcean” 23 milyon dollar ödədiyi gəmini 43 milyon dollara satıb

“Alibaba”-nın səhmdarı olduğu “Transfar Shipping” şirkəti Çinin layner operatoru “StarOcean Marine”-dən tikilməkdə olan 1,8 min TEU tutumlu iki konteyner gəmisi və artıq istismar edilən oxşar tutumlu bir konteyner gəmisi alıb.

“Seanews.az” xəbər verir ki,  tikilməkdə olan iki gəmi 2021-ci ilin yanvarında Çinin “Yangzijiang Shipbuilding” gəmiqayırma zavoduna səkkiz gəmidən ibarət partiyanın bir hissəsi kimi sifariş edilib. Çatdırılma bu ilin sentyabr və dekabr aylarına nəzərdə tutulub. “StarOcean” hər gəmi üçün 23 milyon dollar ödəyib və “Transfar” şirkətinə hər birini 43 milyon dollara satıb.

2010-cu ildə inşa edilmiş və istismar olunan konteyner gəmisi “A Daisen” 2021-ci ilin fevralında “StarOcean” tərəfindən 9,5 milyon dollara alınıb, “Transfar” isə artıq bunun üçün 33 milyon dollar ödəyib. Beləliklə, “StarOcean” şirkəti üç gəminin satışından 63,5 milyon dollar qazanıb.

2021-ci ilin avqust ayında “Transfar” Asiya və ABŞ-ın Qərb sahilindəki limanlar arasında, bu ilin fevralında isə ABŞ-ın Şərq Sahilində xidmətə başlamaqla xətti daşıma bazarına daxil olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır